İran uranın zənginləşdirilməsi səviyyəsini 20 faizə salmağa razıdır – Xameneinin müşaviri

Baş səhifə

Bakı. Trend:

Tehran Vaşinqtonun müəyyən güzəştlərə getməsi müqabilində uranın
zənginləşdirilməsi səviyyəsini 60 faizdən 20 faizə endirməyə
hazırdır.

Trend xəbər verir ki, bunu
İranın Ali Lideri Ayətulla Seyid Əli Xameneinin müşaviri Əli
Şamxani bildirib.

Onun sözlərinə görə, əgər qarşı tərəfdə narahatlıq varsa,
zənginləşdirmə səviyyəsinin 60 faizdən 20 faizə endirilməsi
mümkündür.




Şamxani eyni zamanda vurğulayıb ki, ABŞ tərəfindən hər hansı
hərbi təcavüz baş verərsə, İsrail İran üçün legitim hədəfə
çevriləcək, çünki bu iki ölkə eyni cəbhədə çıxış edir.

O bildirib ki, Amerika zərbə endirəcəyi təqdirdə İsrail mütləq
bu prosesdə iştirak edəcək və İranın cavabı mütənasib olacaq.
Şamxani əlavə edib ki, cavab tədbirlərinin miqyası qarşı tərəfin
atacağı addımlardan asılı olacaq.