
Bakı. Trend:
Yaponiyada güclü qar çovğununun fəsadları nəticəsində azı 16
nəfər həyatını itirib.
Trend bu haqda
xarici KİV-ə istinadən xəbər verir.
Həlak olanlar arasında qar təmizləyərkən damdan yıxılanlar,
eləcə də yolların və cığırların təmizlənməsi zamanı səhhəti
pisləşən şəxslər var.
Ən çox ölüm hadisəsi Niiqata prefekturasında (11 nəfər) və Akita
prefekturasında (4 nəfər) qeydə alınıb. Daha bir ölüm halı Yamaqata
prefekturasında sənədləşdiirlib. Təkcə bu 3 prefekturada 120 nəfər
yaralanıb.
Qar çovğunu ən çox Niiqata, Hokkaydo, Akita, Yamaqata və Simane
bölgələrində əhalinin güzəranına və infrastruktura təsir
göstərib

