Bakı. Trend:
Ukraynanın “Naftoqaz” şirkəti ölkənin enerji sistemini
sabitləşdirmək məqsədilə bu həftə Avropadan elektrik enerjisi
idxalını artırıb.
Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.
“Hökumət qərarında nəzərdə tutulduğu kimi, idxal olunan elektrik
enerjisi alışının həcmi artıq bütün Naftogaz müəssisələrinin
ehtiyaclarının 50%-dən çoxunu ödəyir”, – deyə şirkətin idarə
heyətinin sədri Sergey Koretski qeyd edib.
Onun sözlərinə görə, müvafiq həcmdə elektrik enerjisi məişət
istehlakçılarının ehtiyacları üçün sərbəstləşdirilib.

