Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luis İnasio Lula da
Silvaya Qəzza sektoru üzrə Sülh Şurasının təsisçilərindən biri
olmağı təklif edib.
Trend xəbər verir
ki, bu barədə “CNN Brasil” telekanalı mənbələrə istinadən məlumat
yayıb.
Məlumata görə, dəvət məktubu Tramp tərəfindən Braziliya
prezidentinə bu Cənubi Amerika ölkəsinin Vaşinqtondakı səfirliyi
vasitəsilə göndərilib.
Telekanalın mənbələri Lula da Silvanın ABŞ prezidentinin
təklifini qəbul edib-etmədiyinin hələlik məlum olmadığını
bildiriblər.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi Tramp
administrasiyasının Qəzza üzrə Sülh Şurasında yer almaq istəyən hər
bir ölkədən 1 milyard dollar ianə tələb etdiyini yazmışdı.

