Tramp Argentinanı Qəzza Sülh Şurasının həmtəsisçiləri sırasına qoşulmağa dəvət edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza Sülh Şurasının
həmtəsisçilərindən biri olmağa dəvət edib.

Trend xəbər verir
ki, bu barədə Argentina Prezidenti Xavyer Miley “X” sosial media
platformasında paylaşım edib.

Miley bildirib ki, sözügedən Şurada iştirak etmək Argentina üçün
həm böyük məsuliyyət, həm də böyük şərəfdir.




O vurğulayıb ki, bu təşkilatın əsas məqsədi silahlı
münaqişələrin hökm sürdüyü bölgələrdə sülh yolu ilə həll
mexanizmlərinin təmin olunmasıdır. Onun sözlərinə görə, Qəzza
zolağı Şura üçün ilk ciddi sınaq olmalıdır.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp oxşar təklifləri Kanada,
Misir və Türkiyə liderlərinə də göndərib. Kanada Baş naziri Mayl
Karni artıq bu təklifi qəbul edib.