“Neftçi”nin üzvü ailə vəziyyəti ilə əlaqədar Azərbaycan millisinin oyunlarından iştirak etməyəcək

Baş səhifə
Neftçinin üzvü ailə vəziyyəti ilə əlaqədar Azərbaycan millisinin oyunlarından iştirak etməyəcək

Yanvarın 22-də və 24-də Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.

Bu barədə “Report”a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

“Neftçi”nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.