“Air China” şirkəti 9,5 milyard dollara 60 ədəd “Airbus” təyyarəsi alacaq

Baş səhifə

Bakı. Trend:

Çinin “Air China” aviaşirkəti Avropanın “Airbus” aerokosmik
şirkətindən ümumi dəyəri təxminən 9,5 milyard dollar olan 60 ədəd “A320neo” təyyarəsinin alınması ilə bağlı müqavilə imzaladığını
açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə “Air China” şirkətindən məlumat
veriblər.




Məlumata əsasən, təyyarələrin 2028-2032-ci illər arasında təhvil
verilməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl “China Aircraft Leasing” şirkəti onun
bölməsi sayılan CALC şirkəti (Britaniya Virgin Adaları) “Airbus”dan
30 ədəd A320neo təyyarəsi almağa razılıq verdiyini açıqladı.