Bakı. Trend:
Surinamın Rişelye şəhərində beşi uşaq olmaqla azı doqquz nəfər
bıçaq xəsarətlərindən ölüb.
Trend xəbər verir
ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, 43 yaşlı kişi
həyat yoldaşı ilə mübahisədən sonra uşaqlarına, daha sonra isə
qonşularına bıçaqla hücum edib.
Şübhəli şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da hücum
etməyə cəhd göstərib və həbs olunarkən yaralanıb.
Rişelye polisi əlavə edib ki, daha bir uşaq və bir yetkin ağır
yaralanıb və onlar paytaxt Paramaribodakı xəstəxanada müalicə
olunurlar.

