ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi siyasi qalmaqala yol açıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Danimarkadakı səfiri Ken Houeri Ağ Ev rəhbəri Donald
Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etməsi ilə əlaqədar
ölkənin xarici işlər nazirliyinə çağırılacaq.

Trend xəbər verir
ki, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen yerli
telekanala müsahibəsində deyib.

“Biz yaxın zamanda ABŞ səfirini Xarici işlər nazirliyinə
danışıqlara çağırıb ona iki tələbimizi bildirəcəyik: (mövqeyi
)açıq-aydıb bildirsinlər və izahat versinlər”, -deyə nazir bildirib
.

O, krallığın suverenliyinin ABŞ rəhbərliyi tərəfindən sual
altına alınmasının yolverilməz olduğunu vurğulayıb.




Xatırladaq ki, dekabrın 21-də ABŞ prezidenti Donald Tramp öz
“Truth Social” sosial şəbəkə hesabında Luiziana ştatından olan
qubernator Ceff Lendrini ABŞ-nin Qrenlandiyaya xüsusi elçisi təyin
etdiyini yazmışdı.

ABŞ liderinin fikrincə, qubernator “Qrenlandiyanın milli
təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığını anlayır və
təhlükəsizlik naminə ABŞ-nin maraqlarını qətiyyətlə müdafiə
edəcək”.

Lendri əvvəlki bəyanatlarında Danimarkanın muxtar ərazisini
ABŞ-a birləşdirməyə çalışacağını söyləmişdi.