Bakı. Trend:
Dekabrın 21-də Tacikistan Respublikasının Prezidenti Emoməli
Rəhmon Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin
qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Rusiya
Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb.
Trend-in
məlumatına görə, səfər çərçivəsində Prezident Rəhmonu xarici işlər
naziri, Prezidentin xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi
şəxslər müşayiət edir.

