ABŞ təmsilçisi “İnter Mayami”nin hücumçusu Luis Suares klubu ilə müqaviləsinin müddətini yeniləməyi düşünmür.
“Report” “TyC Sports”-a istinadən xəbər verir ki, 38 yaşlı uruqvaylı futbolçu karyerasında ilk dəfə çıxış etdiyi ölkəsinin “Nasional” komandasına qayıtmağı planlaşdırır.
“İnter Mayami” və Luis Suares arasında mövcud sözləşmə 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Suarez 2024-cü ildə “İnter Mayami”yə keçib. Bu mövsüm o, klubda 32 oyuna çıxıb 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

