Azərbaycanda etibarlı tərəfdaşlar üçün “Özünüqiymətləndirmə” sistemi tətbiq ediləcək

Baş səhifə
Azərbaycanda etibarlı tərəfdaşlar üçün Özünüqiymətləndirmə sistemi tətbiq ediləcək

Azərbaycanda etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin tətbiqi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlər planında öz əksini tapıb.

Sənədə əsasən, bundan başqa, “Gömrük–biznes” inkişaf modelinin yaradılması nəzərdə tutulur.