Özbəkistanın “Üstyurt” regionunda kəşfiyyat-axtarış layihəsinə başlanılıb

Baş səhifə
Özbəkistanın Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanılıb

Özbəkistanını “Üstyurt” regionunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən kəşfiyyat-axtarış layihəsinə rəsmi olaraq başlanılıb.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edilib.