
Bakı. Trend:
UN-HABITAT-ın icraçı direktoru Anaklaudiya Rossbax Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkür edib.
Trend-in
məlumatına görə, o, bu barədə Prezident İlham Əliyevin “X” sosial
şəbəkəsindəki paylaşımına cavab olaraq yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin paylaşımı 17-22 may
tarixlərində Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək “Hamı
üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyasına (WUF13) hazırlıq işləri ilə tanışlığa dair
olub.
“WUF13-ə hazırlıq prosesinə göstərdiyi xüsusi diqqətə görə
Prezident İlham Əliyevə təşəkkür edirik. Gələn həftə Bakı dünya
birliyinin diqqətini şəhərlərin gələcəyinə, mənzil məsələlərinə və
dayanıqlı şəhərsalma inkişafına yönəltməkdə mühüm rol oynayacaq”, —
deyə o qeyd edib.


