İranın yol və şəhərsalma naziri Bakıya gəlir

Baş səhifə

Bakı. Trend:

İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq mayın 17-də
Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat
verilib.

Məlumata görə, səfərdə iranlı naziri yüksək səviyyəli heyət
müşayiət edəcək.




İranlı nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun
on üçüncü sessiyasında (WUF13) iştirak edəcək.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası
(WUF13) 17-22 may tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin
Məskunlaşma Proqramı ilə (UN-Habitat) Azərbaycan hökuməti
əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən
dövlət rəsmilərini, özəl sektor, vətəndaş cəmiyyəti üzvlərini,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.

Forum çərçivəsində Azərbaycanın təşəbbüsü ilə WUF13 tarixində
ilk dəfə Liderlər Sammiti keçiriləcək.