Çin və Tacikistan liderləri razılığa gəliblər

Baş səhifə

Bakı.Trend:

Çin Xalq Respublikasının sədri Si Cinpin Çində rəsmi səfərdə
olan Tacikistan Prezidenti Emoməli Rəhmon ilə danışıqlar
aparıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Görüşdə bildirilib ki, Pekin iki ölkə xalqlarına daha çox fayda
vermək məqsədilə ortaq gələcəyə malik daha sıx Çin-Tacikistan
birliyinin qurulması üçün Düşənbə ilə əməkdaşlığa hazırdır.




Si Cinpin vurğulayıb ki, Çin hər zaman olduğu kimi, Tacikistanın
ölkənin inkişafı, müstəqilliyinin, suverenliyinin və
təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımları
dəstəkləyəcək.

Danışıqların yekununda dövlət başçıları Çin Xalq Respublikası
ilə Tacikistan Respublikası arasında daimi mehriban qonşuluq,
dostluq və əməkdaşlıq haqqında Müqavilə, həmçinin yeni dövrdə
hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə
Bəyanat imzalayıblar.