
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsindən
və nüvə silahı hazırlamaq səylərindən imtina edəcəyinə əmin
olduğunu bildirib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
“100 faiz əminəm ki, onlar uranın zənginləşdirilməsini
dayandıracaqlar”, deyə Tramp bildirib.
O qeyd edib ki, ABŞ İrana qarşı tələsik heç nə etməyəcək.
Daha əvvəl mediada gedən məlumatlarda qeyd olunmuşdu ki, Tramp
İranla danışıqlar prosesindən getdikcə daha çox əsəbiləşir və son
günlərdə Tehrana qarşı böyük hərbi əməliyyatları bərpa etməyi daha
ciddi şəkildə nəzərdən keçirir.

