
Bakı. Trend:
İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino
Peres klubun prezidenti vəzifəsinə növbədənkənar seçkilərin
keçiriləcəyini açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə F. Peres mətbuat konfransı deyib.
“Bağışlayın, amma istefa verməyə hazırlaşmıram. Yeni seçkilərin
keçirilməsini elan edirəm, çünki “Real Madrid” klub üzvlərinə
məxsusdur və qərarı onlar verməlidir. Qoy başqaları da
namizədliyini irəli sürüb proqramlarını təqdim etsinlər. Məni
tənqid edən hər kəs bu seçkilərdə iştirak edə bilər”, – deyə o
bildirib.
Qeyd edək ki, “Real Madrid”də yeni prezident seçkilərinin
2029-cu ildə keçirilməsi nəzərdə tutulurdu.

