
Bakı. Trend:
ABŞ-də neft hasilatı 2026-cı ildə gündə 13,65 milyon barelə
çatacaq.
Trend xəbər
verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya
Administrasiyasının aylıq hesabatında qeyd edilib.
Bir ay əvvəl agentliyin analitikləri bu rəqəmi gündə 13,51
milyon barel proqnozlaşdırmışdılar. Buna görə də proqnoz gündə 140
min barel artırılıb.
2027-ci il üçün proqnoz gündəlik 150 min barel artırılaraq 14,1
milyon barelə çatdırılıb.
Beləliklə, EIA analitikləri ölkədə neft hasilatının bu il
gündəlik 60.000 barel, gələn il isə gündəlik 450.000 barel
artacağını gözləyirlər. Agentlik əvvəllər qeyd etmişdi ki, qlobal
neft qiymətlərinin artması ABŞ neft şirkətlərini daxili istehsalı
artırmağa təşviq edə bilər.


