Ulduz futbolçu İspaniya klubunun sahibi olur

Baş səhifə

Bakı. Trend:

Əfsanəvi müdafiəçi Serxio Ramos “Five Eleven Capital”
investisiya şirkəti ilə birlikdə “Sevilya” klubunun alınmasına dair
prinsipial razılıq əldə edib.

Trend xəbər
verir ki, bu irəliləyiş beş ay davam edən mürəkkəb danışıqlar
prosesinin və əvvəllər digər potensial alıcıları çəkindirən auditin
uğurla tamamlanmasının nəticəsidir.

Razılıq Serxio Ramos, “Five Eleven Capital”ın baş direktoru
Martin İnk və “Sevilya”nın əsas səhmdarları arasında keçirilən iki
saatlıq görüşdən sonra əldə olunub. Bundan bir gün əvvəl isə
yanvarın ortalarından bəri davam edən prosesin son detallarını
razılaşdırmaq üçün tərəflər arasında doqquz saatlıq gərgin bir
sessiya baş tutub.




Ramos “Sevilya”nın aAkademiyasında yetişib, daha sonra “Real” və
İspaniya millisinin əfsanəsinə çevrilib. 40 yaşlı futbolçu hələ
karyerasını bitirdiyini rəsmən elan etməyib. İspaniya qaydalarına
görə isə karyerası davam edən futbolçulara çıxış etdiyi liqada yer
alan hər hansı bir klubun pay sahibi olmaq qadağandır. Bu o
deməkdir ki, Ramos çətin bir seçim etməlidir. İspaniyalı mərkəz
müdafiəçisi ya “Sevilya”nın idarəçiliyinə diqqət yetirmək üçün
rəsmən karyerasını bitirməli, ya da karyerasını başqa ölkədə davam
etdirməlidir.

“Sevilya” hazırda La Liqada 35 oyundan sonra 40 xalla 13-cü
pillədə qərarlaşıb. Komanda aşağı liqaya düşmə zonasında olan “Alaves”i cəmi 3 xal qabaqlayır.