4 ay əvvəl itkin düşmüşdü – Meyiti “Qanlı dərə”dən tapıldı

Baş səhifə

Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.

Modern.az xəbər verir ki, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

(Qafqazinfo)