
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətinin kömək istədiyini
və Vaşinqtonun danışıqlara hazırlaşdığını açıqlayıb.
Trend bu barədə
xarici mediaya istinadla xəbər vedrir.
“Heç bir respublikaçı mənimlə Kuba haqqında danışmayıb, çünki
Kuba uğursuz bir dövlətdir və yıxılmaqdadır! Kuba kömək istəyib və
biz danışacağıq!”, – deyə Tramp TruthSocial sosial şəbəkəsində
yazıb.
Lakin o, tərəflər arasında təmasların harada və nə vaxt baş tuta
biləcəyini dəqiqlə şdirməyib açıqlamayıb.
Eyni zamanda, prezident tezliklə Çinə səfər edəcəyini
xatırladıb. Tramp mayın 13-dən 15-dək Çinə dövlət səfəri
edəcək.
Mayın 1-də Tramp Kubaya qarşı bir sıra əlavə məhdudiyyətlər
tətbiq edən sərəncam imzalayıb . Bu, ABŞ Dövlət Katibinə Maliyyə
Naziri ilə əlaqələndirilərək həm Amerika vətəndaşlarına, həm də
Kuba iqtisadiyyatının müəyyən sektorlarında iştirak edən əcnəbilərə
qarşı əlavə sanksiyalar tətbiq etməyə imkan verir. Xüsusilə,
sərəncamda enerji, müdafiə, mədənçilik, metallurgiya və maliyyə
xidmətləri qeyd olunur.


