Tramp ilə Maduro telefon danışığında mümkün görüş ehtimalını müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Ötən həftə ABŞ prezidenti Donald Tramp venesuelalı həmkarı
Nikolas Maduro ilə telefon danışığı aparıb və şəxsi görüşün
mümkünlüyünü müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər
verib.




“Məsələ ilə tanış olan iki mənbənin verdiyi məlumata görə,
söhbət həftəsonu baş tutub. İki lider arasında ABŞ-də şəxsi görüşün
mümkünlüyü müzakirə olunub”, – deyə bildirilib.

Qəzetin mənbələrinə görə, “hazırda heç bir görüş
planlaşdırılmır” və danışıq ABŞ dövlət katibi Marko Rubionun
iştirakı ilə baş tutub.