Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Baş səhifə

Bakı.Trend:

25 noyabr tarixində Bakıda “AZCON Holding” şirkətlərindən olan
“Azərbaycan Dəmir Yolları” QSC-nin və “Qazaxıstan Dəmir Yolu” Milli
Şirkəti” QSC-nin rəhbər heyətləri arasında görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.




Bildirilib ki, görüşdə son illərdə iki ölkə arasında nəqliyyat,
xüsusilə dəmir yolu sahəsində əməkdaşlığın daha da
genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin strateji
iştirakçıları olan Azərbaycan və Qazaxıstanın beynəlxalq
yükdaşımaların səmərəli və təhlükəsiz təşkili üçün həyata keçirdiyi
işlər, Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları
arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə
olunub.

Bundan əlavə, Qazaxıstan mənşəli məhsulların Bakı Limanında
aşırılması, daha sonra dəmir yolu ilə Gürcüstan limanlarına və ya
Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və dünya bazarlarına nəqli
imkanları barədə fikir mübadiləsi aparılıb, bunun yük axınlarının
daha səmərəli idarə olunmasına və alternativ marşrutlara düşən
yükün azalmasına töhfə verəcəyi bildirilib.