Naxçıvanın Qaz İstismar Xidmətinin balansında olan aktivlər SOCAR-a veriləcək

Baş səhifə

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə razılıq verilib.

Bu barədə “APA-Economics” Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Bununla yanaşı, Agentlik Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin balansına verilməsinə də razılıq verib.