Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərinin dəniz limanında konteyner daşıyan
iri gəmi yanır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Şəhər meri Karen Bassın öz sosial şəbəkə hesabında yazdığına
görə, elektrik-texniki səbəblərdən meydana gələn yanğınla hazırda
100-dən çox xilasedici mübarizə aparır.
Yerli yanğın-mühafizə xidmətinin məlumatına görə, yanğından
sonra gəminin göyərtəsində güclü partlayış da baş verib. Bütün
ekipaj üzvləri vaxtında təxliyə olunub. Zərərçəkənlərin olmadığı
bildirilir.

