
Bakı. Trend:
Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində
kəskin respirator virus infeksiyalarının, habelə qripin
yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və
əksepidemik tədbirlər həyata keçirilir.
Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 8 oktyabrdan 13 noyabradək TƏBİB-in tabeliyində
olan tibb müəssisələrində ümumilikdə 21 186 nəfər qrip əleyhinə
peyvənd olunub.
Onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 807
nəfər, 60 yaş və yuxarı isə 3 679 nəfərdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən
yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan
“Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq
istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına,
Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin
səhiyyə müəssisələrinə müraciət edə bilər.
Əlavə edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında
aparılır.

