Çeçenistanda eyvanın çökməsi nəticəsində 84 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Çeçenistan Respublikasının İşxoy-Yurt kəndində yaşayış
binasının eyvanının çökməsi nəticəsində ən azı 84 nəfər xəsarət
alıb.

Trend xəbər verir
ki, bu barədə respublikanın səhiyyə naziri Adam Alxanov məlumat
verib.

Nazirin sözlərinə görə, 43 yaralı xəstəxanaya yerləşdirilib,
onlardan ikisinin vəziyyəti ağırdır və reanimasiya şöbəsində
müalicə olunur.




Bildirilib ki, hadisə matəm mərasimi zamanı baş verib.
Şahidlərin dediklərinə görə, bir neçə insan şəxsi evin taxta
eyvanından mərasimi izlədiyi anda eyvan qəfil çöküb.

Çeçenistan Prokurorluğu hadisə ilə bağlı araşdırmaya
başlayıb.