
Bakı. Trend:
Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə
direktor təyin edilib.
Trend
xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru
Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ruhiyyə İmanova Vaqif qızı məktəbə direktor təyin
edilib.
Qeyd edək ki, adıçəkilən məktəbin əvvəlki direktoru Sevda
Sarıyeva nöqsanlara və müəllimləri təhqir etməsinə görə işdən azad
edilmişdi.

