Azərbaycanda enerji ehtiyatlarının hasilat və ixracat infrastrukturunun inkişafı makroiqtisadi dayanıqlılıq formalaşdırır – BCG

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda enerji ehtiyatlarının hasilat və ixracat
infrastrukturunun inkişafı makroiqtisadi dayanıqlılıq
formalaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında
deyilir

“Azərbaycan iqtisadiyyatının möhkəm enerji təməli var . Neft-qaz
sektoru 2024-cü ilə olan vəziyyətə görə ÜDM-in təxminən 30 faizini
təmin edib və son on ildə sənayeyə yönələn xarici investisiyaların
80 faizindən çoxunu cəlb edib. Bu sahə həm büdcə sabitliyinin
təminatçısı, həm də iqtisadi artımın əsas mənbəyi olaraq qalır.
İnkişaf etmiş hasilat və ixrac infrastrukturu, eləcə də suveren
fondun toplanmış ehtiyatları makroiqtisadi sabitliyi və ənənəvi
sahələrin modernləşdirilməsi, yeni sektorların inkişafı üçün imkan
yaradır”, – materialda qeyd olunur.




Qeyd edilir ki, ölkə yüksək səviyyədə xarici iqtisadi fəallıq
nümayiş etdirir, lakin onun ixrac səbəti hələ də həddindən artıq
cəmlənib: ixracın təxminən 90 faizi enerji resurslarının payına
düşür, bu resursların təxminən yarısı isə İtaliyaya göndərilir.

“Azərbaycan həmçinin Cənubi Avropaya qazın mühüm alternativ
tədarükçüsüdür. Azərbaycanın Avropa İttifaqının enerji
təhlükəsizliyinin təminində rolu blok ölkələrini əməkdaşlığın daha
da genişləndirilməsinə təşviq edir. Bununla belə, mühüm xarici
iqtisadi tərəfdaşların sayının məhdudluğu müəyyən risklər yaradır.
Bu risklərin idarə edilməsini həm ixracın coğrafiyasının
genişləndirilməsi, həm də enerji resurslarının emalı istiqamətində
inkişaf vasitəsilə nəzərdən keçirmək məqsədəuyğundur – bu, ixrac
səbətinin şaxələndirilməsinə və iqtisadiyyatın yeni sektorlarının
formalaşmasına şərait yaradacaq”, – deyə BCG analitikləri qeyd
edirlər.