Tayvan PUA-əleyhinə 635-dən çox yüngül sistem almaq niyyətindədir

Baş səhifə

Tayvanın növbəti üç il ərzində dron-əleyhinə azı 635 yüngül sistem almağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Taipei Times məlumat yayıb.

Bu layihənin dəyəri 9,67 milyard Tayvan dolları (təxminən 312 milyon ABŞ dolları) qiymətləndirilir

Layihə hələ adanın qanunverici orqanının təsdiqindən keçməlidir. Tenderdə iştirak etmək istəyən istehsalçılardan dronları vurmaq, onlara müdaxilə etmək və naviqasiya siqnallarını pozmaq imkanına malik sistemlər təqdim etmələri tələb olunacaq.