Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla tamamlayıblar

Baş səhifə

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən
Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Məlumata əsasən, yarışın ikinci günündə yığma aktivinə 8 medal
yazdırıb.




Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram)
bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur
İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz
Əhmədova (48 kiloqram) yarışı gümüş medalla başa vurublar. Süleyman
Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə
Qədəşova (57 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram)
gümüş medala yiyələnmişdi.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4
gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla tamamlayıb. Yekun
nəticələrə əsasən yığmamız 33 ölkə arasında ümumi komanda hesabında
üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.