Nyu-Yorkda hidrotəyyarənin sərt enişi nəticəsində iki nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərindəki İst-River çayı üzərində kiçik bir
hidrotəyyarə sərt eniş edib.

Bu barədə “NBC News” televiziya kanalı məlumat yayıb.




Məlumata əsasən, hidrotəyyarədə 10 nəfər olub, onlardan ən azı
iki nəfərə tibbi yardım göstərilib.

Hadisənin səbəbləri ilə bağlı hələlik heç bir məlumat
verilməyib.