Zəngilan. Trend:
Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı
inkişaf məkanına çevrilib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və
Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev “Zəfərin beş
ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda
deyib.
O bildirib ki, işğal dövründə yerlə-yeksan edilmiş şəhər və
kəndlər bərpa olunur:
“Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər
inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın
gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi
köçkünlər öz doğma ata-baba yurdlarına qayıdır. Artıq keçmiş
məcburi köçkünlərimiz yenidən qurulan Zəngilan rayonunun Ağalı,
Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində
və Horovlu kəndində məskunlaşıblar”

