Superliqa klubunun yeni baş məşqçisi məlum olub

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi məlum
olub.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə Çağdaş Atan gətirilib. Onunla
imzalanacaq müqavilənin detalları açıqlanmayıb.




Konya təmsilçisini son olaraq Recep Uçar çalışdırıb.

Komanda Superliqada 11 turdan sonra 14 xalla 8-ci pillədə
qərarlaşıb.