Gələn ilin dövlət büdcəsindən kənd təsərrüfatı xərclərinə ayrılacaq vəsaitin həcmi məlum olub

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və
kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi
1976,8 milyon manat məbləğində vəsait ayrılacaqdır.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.




Qeyd edilib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı
bölməsinə aid olan xərclər üzrə 1222,1milyon manat məbləğində
vəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illə müqayisədə 18,3
milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə
126,4 milyon manat və ya 11,5 faiz çoxdur.

“Həmin vəsaitin 490,0 milyon manatı Azərbaycan Respublikası
ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının
təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd
təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin
dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi,
suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya
tədbirlərinin maliyyə təminatına yönəldiləcəkdir”.