Xaçmaz şəhərində Mədəniyyət və istirahət parkı əsaslı təmir olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü ərəfəsində Xaçmaz şəhərindəki Mədəniyyət
və istirahət parkı əsaslı şəkildə təmir edilərək sakinlərin
istifadəsinə verilib.

Trend
xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat
yayıb.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri
Məhəmməd Balaqadaşov və bir qrup ziyalı yenilənmiş parkda yaradılan
şəraitlə tanış olublar.

Elnur Rzayev bildirib ki, Xaçmaz şəhərində, eləcə də qəsəbə və
kəndlərdə abadlıq və quruculuq işləri mərhələli şəkildə davam
etdiriləcək.




Gəzinti zamanı parkın ərazisinə simvolik olaraq yeni ağaclar da
əkilib.

Rayon ziyalıları sakinlərin asudə vaxtının səmərəli təşkili üçün
yaradılan şəraiti yüksək qiymətləndirib, görülən işlərə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Qeyd edək ki, müasir layihə əsasında yenilənən Mədəniyyət və
istirahət parkında gəzinti yollarına tamet daşları döşənib, yeni
yaşıllıq zolaqları və qazon örtüyü salınıb, müxtəlif növ ağaclar,
dekorativ gül-çiçək kolları əkilib. Parkda həmçinin müasir üslubda
hazırlanmış oturacaqlar və zibil qabları quraşdırılıb, ərazidə
işıqlandırma sistemi yenilənərək daha cəlbedici görkəm alıb.