ABŞ Mərkəzi Asiya ölkələri ilə birgə hərbi təlimlər keçirəcək

Baş səhifə

Bakı.Trend:

ABŞ Silahlı Qüvvvələri Mərkəzi Komandanlığı (CENTCOM) iyun
ayında Amerika Birləşmiş Ştatlarının ərazisində Mərkəzi Asiya və
Cənubi Asiya regionlarından olan 10-a yaxın ölkənin silahlı
qüvvələrinin nümayəndələri ilə birlikdə hərbi təlimlər
keçirəcək.

Trend xəbər verir
ki, bu barədə kommandanlığın bəyanatında qeyd olunub.




“Gələn ay CENTCOM Mərkəzi Asiya və Cənubi Asiya ölkələrindən
olan xarici tərəfdaşları ilə “Regional Əməkdaşlıq 2026” adlı birgə
hərbi təlimlər keçirəcək”,- deyə bəyanatda qeyd olunur.

CENTCOM-un məlumatına görə, təlimlər çərçivəsində ilk növbədə
Mərkəzi və Cənubi Asiya ölkələrinin quru və daxili qoşunlarından
olan nümayəndələr hazırlıq proqramından keçəcək.