Konqolu fəal: Qadınlar Belçika müstəmləkəçiliyinin əsas qurbanları olublar

Baş səhifə
Konqolu fəal: Qadınlar Belçika müstəmləkəçiliyinin əsas qurbanları olublar

Demokratik Konqo Respublikasında qadınlar Belçikanın müstəmləkəçiliyi dövründə əhalinin ən həssas qruplarından biri olub və sistematik zorakılığa məruz qalıblar.

“Report”un məlumatına görə, bunu “Cənubi Kivuya sülh naminə” qadınlar təşkilatının üzvü, insan hüquqları müdafiəçisi Sadiki Nyabisoki Aqnes Bakıda keçirilən “Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfransda bildirib.