“Qalatasaray” “Napoli”nin müdafiəçisini transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray” heyətini müdafiəçi ilə gücləndirmək istəyir.

Trend xəbər verir ki, Türkiyə
çempionu ” Napoli”nin futbolçusu Amir Rahmmanini heyətinə qatmağı
planlaşdırır.




Məlumata görə, İstanbul klubunun rəsmiləri kosovolu oyunçu üçün
artıq hərəkətə keçib. 31 yaşlı futbolçunun keçidinin mövsümün
sonunda baş tutacağı gözlənilir.

Amir “Dreniça”, ” Partizani”, “RNK Split”, “Dinamo” (Zaqreb), “Lokomotiva” (Zaqreb), “Verona”da oynadıqdan sonra 2020-ci ildə “Napoli” yə keçmişdi.