Yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə
arasında ticarə əməliyyatlarının ümumi həcmi 4,3 milyard ABŞ
dolları təşkil edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin eyni
dövrünun göstəricisi ilə müqayisədə 292 milyon ABŞ dolları və ya
6,3 faiz azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət əməliyyatlarının
Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 12,25 faiz təşkil
edib. Qeyd olunan dövrdə Azərbaycandan Türkiyəyə 2,6 milyard dollar
həcmində məhsul ixrac olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 346 milyon ABŞ dolları və ya 11,8 faiz azdır. Eyni
zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədən
Azərbaycana idxal 1,7 milyard dollar təşkil edib ki, bu illik
ifadədə 54 milyon dollar və ya 3,2 faiz çoxdur.




Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayı ərzində
Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları
həcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 877 milyon dollar və ya 2,5 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606
milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları
təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248
milyard dollar (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard
dollar (və ya 14,5 faiz) artıb.