Azərbaycanda 2026-cı il üçün ÜDM-in həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Proqnozlara əsasən, ÜDM 2026-cı ildə real ifadədə 2,9 faiz
artaraq 134,1 milyard manat, o cümlədən qeyri neft-qaz ÜDM-in real
ifadədə 5,0 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, Növbəti ildə ÜDM-in tərkibində qeyri
neft-qaz sektorunun payının cari il üzrə qeyri-neft ÜDM-in
gözlənilən göstəricisinə nəzərən 3,8 faiz-bənd artımla 75,8 faizə
çatacağı gözlənilir.

Həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyi tərəfindən
hazırlanmış iqtisadi və sosial inkişaf proqnozlarının baza
ssenarisinə əsasən, 2025-ci ildə ölkədə ÜDM real ifadədə 3,0 faiz
artaraq 129,9 milyard manat olacaq.