Avropanın aparıcı klublarından biri Osimhen üçün 125 milyon avro təklif edib

Baş səhifə

Bakı. Trend:

Avropanın aparıcı klublarından biri Viktor Osimhen üçün 125
milyon avro təklif edib.

Bu barədə Fanatik nəşri məlumat yayıb. Lakin “Qalatasaray” bu
təklifi rədd edib.




Məlumata görə, İstanbul klubu hücumçunun transferi üçün 150
milyon avrodan aşağı məbləğdə təklifləri nəzərdən keçirməyəcək.

Osimhen ötən mövsüm Türkiyə çempionatında 22 oyunda meydana
çıxaraq 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Bu göstəricilər
onun Avropanın ən çox tələb olunan hücumçularından birinə
çevrilməsində mühüm rol oynayıb.