
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları
keçirilir.
I qrupunun ikinci turunda Norveç millisi Seneqalla qarşılaşıb.
Nyu-Cersidəki “MetLife Stadium”da keçirilən oyun Norveçin 3:2
hesablı qələbəsi ilə yekunlaşıb.
Norveç hesabı 43-cü dəqiqədə Markus Holmgren Pedersenin qolu ilə
açıb. İkinci hissədə Erlinq Holand səhnəyə çıxıb. Hücumçu 48-ci və
58-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə
qazandırıb.
Seneqalın heyətində hər iki qolu İsmaila Sarr vurub. O, 53-cü
dəqiqədə fərqi azaldıb, 90+3-cü dəqiqədə isə ikinci dəfə fərqlənib.
Buna baxmayaraq, Afrika təmsilçisi məğlubiyyətdən xilas ola
bilməyib.

