“Ford” və “General Motors” hərbi təyinatlı məhsullar istehsal edə bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın iri avtomobil istehsalçıları olan “Ford” və “General
Motors” yaxın gələcəkdə müdafiə sənayesi üçün hərbi təyinatlı
məhsulların istehsalına qoşula bilər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə media
nümayəndələri ilə görüşü zamanı danışıb.

Onun sözlərinə görə, iyunun 24-də ölkənin aparıcı silah
istehsalçıları ilə görüş keçirməsi nəzərdə tutulur.




Tramp qeyd edib ki, hazırda ölkə üzrə yeni istehsal
müəssisələrinin yaradılması istiqamətində işlər aparılır və bu
çərçivədə “Ford” və “General Motors” ilə müzakirələr davam
edir.

ABŞ lideri bildirib ki, xüsusilə “General Motors” müdafiə
məhsullarının istehsalına maraq göstərir və şirkətin fəaliyyət
istiqamətini dəyişdirə biləcək bir neçə zavodu mövcuddur.

Onun sözlərinə görə, gələcəkdə “Patriot” hava hücumundan müdafiə
sistemləri üçün raketlər, “Tomahawk” qanadlı raketləri və digər
silah növlərinin istehsalının artırılması planlaşdırılır.