
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Uqanda və Konqo
Demokratik Respublikası ilə quru sərhədlərinə malik dövlətlər Ebola
virusunun yayılması baxımından risk qrupuna daxildir.
Qurumun məlumatına görə, regionda epidemioloji vəziyyət
narahatlıq doğurur və virusun sərhədyanı ərazilərə yayılması
ehtimalı yüksək qiymətləndirilir.
ÜST Ebola ilə bağlı regional risk səviyyəsinin yüksək olaraq
qaldığını vurğulayıb.

