
Bakı. Trend:
“Borussiya”nın futbolçusu Kərim Adeyemi karyerasını Türkiyə
Super Liqasında davam etdirə bilər.
“Fənərbağça” almaniyalı vingeri transfer etmək istəyir. Bu
barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul nəhəngi 24 yaşlı oyunçu üçün Bundesliqa klubuna 25
milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, “Borussiya” Kərim Adeyemini 2022-ci ilin yayında “Zaltsburq”dan 30 milyon avroya transfer edib. Almaniya millisinin
üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana
çıxdığı 39 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda
qalıb. Onun klubla müqaviləsi gələn ilin 30 iyun tarixində başa
çatır.

