Kanadada sinaqoqun qarşısında silahlı insident baş verib

Baş səhifə

Bakı. Trend:

Kanadanın Monreal şəhərində yerləşən sinaqoqlardan birinin
qarşısında silahlı insident baş verib.

Məlumata görə, naməlum şəxs Kvebek əyalətinin Monreal şəhərində,
Dekembris bulvarında yerləşən Kot-des-Neyges məhəlləsindəki
sinaqoqun yaxınlığında tüfəngdən atəş açıb.

Hadisə nəticəsində üç nəfər həyatını itirib.




Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı, bir mülki
şəxs və hücumu törətməkdə şübhəli bilinən şəxs var. Atışma zamanı
ən azı bir polis əməkdaşı yaralanıb və onun vəziyyətinin ağır
olduğu qeyd olunur.

Yerli hüquq-mühafizə orqanları həlak olanlardan birinin ravvin
Maykl Moşe Mizrahi olduğunu açıqlayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi Kot-des-Neyges ərazisində
çoxsaylı koşer restoranları, yəhudi məktəbləri və icma mərkəzləri
fəaliyyət göstərir. Silahlı insidentin “Hilton” otelinin
yaxınlığında qeydə alındığı bildirilir.