Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Omanda səfərdədir. “Report” xəbər verir ki, Türkiyə liderini Oman Sultanı Heysem bin Tarık Al Alam Sarayında rəsmi törənlə qarşılanıb. Qeyd edək ki, Türkiyə Prezidenti ötən gün Küveyt, Qətər və Omanı əhatə edən üçgünlük Körfəz səfərinə çıxıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

