Gəncədə saxta alkoqollu içkilər aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri,
H.Əliyev prospekti, ev 73 ünvanında fəaliyyət göstərən, fiziki şəxs
Abdullayev Pərviz Təvəkkül oğluna məxsus topdansatış mağazasında
yoxlama keçirib.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma
əlamətləri olan “Organic Росинка” əmtəə nişanlı 98 ədəd 0.7
litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb.




Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi,
istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd
olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin
olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək
laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər
görülüb. Araşdırmalar davam etdirilir.